Lerikdə müəllim yol qəzasında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, yol qəzası Günəşli kəndi ərazisində baş verib.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Əliheydər Feyruz oğlu Eyvazovun UAZ markalı avtomobili idarəetməni itirərək çaya aşıb.
Çaya düşən avtomobilin sürücüsü, rayonun Durğan kəndində müəllim işləyən Ə.Eyvazov həlak olub.
Mərhumun meyidi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)
Bizim.Media