Rusiyada dəhşətli hadisə yaşanıb.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, xəstəxanaların birində təcili yardım xidmətinin baş həkim müavini çalışan Natalya Lebedova koronavirusa yoluxduğu üçün intihar edib.
Karantin müddətini xüsusi şəhərcikdə keçirən həkim, özünü inzibati binanın pəncərəsindən atıb. Ağır xəsarət alan tibb işçisi hadisə yerindəcə keçinib.
Verilən məlumata görə, iş yerində ehtiyatsız davranan həkim, karantin qaydalarına riayət etməyib.
O, təcili yardımın bir neçə həkimini koronavirusa yoluxdurduğu üçün rəhbərlik tərəfindən də töhmət alıb.
Bizim.Media