Beyin orqanizmin açarıdır - Məşhur neyrocərrahdan açıqlama

Əgər siz normal səhər yeməyi yemirsinizsə, ayaqüstü nə isə atışdırırsınızsa və eyni anda da telefonla danışırsınızsa, içki içib, siqaret çəkirsinizsə və bütün günü stress keçirirsinizsə, bilin ki, yavaş-yavaş beyninizi öldürürsünüz.

Səhər yeməyi mütləq sakit şəraitdə və zəngin olmalıdır. Çünki bütün günü gümrah qalmaq üçün bizim orqanizmimizə enerji və mikroelementlər lazımdır.

Bizim.Media xəbər verir ki, məşhur neyrocərrah, professor Vlad Siuyera beyini inkişaf etdirmək və onu qidalandırmaq üçün maraqlı araşdırma aparıb.

“Hər gün səhərlər oyanan kimi mütləq elementar səhər idmanı edin. Sonra 2 stəkan su için. Birinci stəkan sizin mədə-bağırsaq sisteminizi hərəkətə gətirəcək, ikinci stəkan isə sizi yuxudan tam ayıldacaq. Bundan başqa beynin qidalanması üçün birinci təmiz hava, yağlı olmayan qida və şirni lazımdır. Şirnidən tam imtina etməyin, balı mütləq qida rasionuna daxil edin. Bundan əlavə qara şokaladdan da istifadə edin”.

Professorun məsləhətlərində planşet və telefonlarla çox vaxt keçirənlər üçün də maraqlı məqamlar var.

“Əgər siz vaxtınızın çox hissəsini planşet və telefonlarla keçirirsinizsə, gözləməyin ki, beyniniz buna görə sizə təşəkkür edəcək. İnsanlar müasir dövrdə virtual aləmdə bir-birləri ilə ünsiyyətdə olurlar, bu da beyinə pis təsir göstərir. Biz yaradılışdan canlı əlaqəyə girməyə öyrəşmişik. Beyninizi virtuallıqda öldürməyin”.

Yadda saxlayın, insan beyni gecə də yatmır. O, orqanlarımızın fasiləsiz normal fəaliyyətini tənzimləyir.

Fikir verin, əgər siz gecə bir problemi həll etməkdə çətinlik çəkib o haqda fikirlə yuxuya getmisinizsə, səhər mütləq yeni bir ideya ilə ayılacaqsınız. Beyin fikir, yaddaş və hərəkət arasında əlaqə quraraq sizə problemlərin həllində ideya verir. Ona görə, yuxusuz gecələrlə nə özünüzə, nə də beyninizə əzab verməyin.

Tütün ürəyə olduğu kimi, beyinə də ölümcül zəhərlənmə verir, siz onu yavaş-yavaş öldürürsünüz.

Beynin inkişafı üçün mütləq yağsız ət yeyin. Ən yaxşısı seçiminiz balıq və quş əti olsun. Beyin duzu qəti sevmir. Ondan uzaq dursanız, bu, sizə sağlamlıq bəxş edər”, - deyə professor qeyd edib.

Şirnini həyatınızdan tam çıxarmayın. Qara şokalad, təmiz təbii kakao və bal. Çalışın qida rasionunuzda gündəlik bu qidalar olsun.

Beynin gün ərzində 2 dəfə aktiv vaxti olur. Bu 10.00-12.00 və 16.00- 18.00  zaman kəsimində olan müddətlərdir. Əgər bu zamanlardan xaric beyninizin yorulduğunu hiss etsəniz, qəhvə ilə onu oyada bilərsiniz. Ancaq onu da mütləq aramla için.

Yadda saxlayın, beynin ən gözəl  məşqi gülüşdür. Bunu simanızdan əskik etməyin.

Yaddaşınızı hər zaman təzələyin.

Son zamanlar Altsheymer xəstəliyinin yaşı cavanlaşıb. İndi gənclər arasında da bu problem geniş yayılıb.

Bunun üçün hər zaman yaddaşınızı məşq etdirin.

Təmiz havada tez-tez olun, səyahət edin, kitab oxuyun. Sizə nəsə öyrədəcək filmlərə baxın, krossvordlar həll edin. Ən əsası canlı ünsiyyət qurun. Yazışmayın, canlı danışın.

Axşam saat 22.00-dən gec olmadan yatın, yuxu 6 saatdan az olmamalıdır. Beynin də dincəlmək haqqı var.

Beyninizi qoruyun, o sizin ömrünüzün sonuna qədər çiyin-çiyinə addımlayacağınız əsas yoldaşınızdır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

End of content

No more pages to load

RADİO