Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Qarabağda atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək 25-ə yaxın Türk əsgəri Azərbaycana gəlib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türk hərbçiləri ilin əvvəlindən fəaliyyətə başlayacaq.
Cəbhə bölgəsində baş verən bütün vəziyyət haqqında məlumatlar Ağdamda yerləşən bu mərkəzdə araşdırılacaq.
Bu missiyadan başqa Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə birgə humanitar yardım və əraziləri minalardan təmizləmə fəaliyyəti ilə də məşğul olacaq.
Bizim.Media