Ukraynanın Çerniqov vilayətindəki müqavimət qüvvələri 5 yaşayış məntəqəsini rus hərbçilərindən azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Facebook”da “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Federasiyasının bölmələri tam döyüş əməliyyatları aparmaq iqtidarında deyil. Zabitlər arasında çaxnaşma yaranıb. Onları ali hərbi-siyasi rəhbərlik tək qoyub.
“Və nəticəsdə Çerniqov vilayətindəki yaşayış məntəqələrimizin üzərində Ukraynanın dövlət bayrağı qaldırıldı, düşmənin iki zirehli transportyoru ələ keçirildi. Həmin texnikalar indi Ukrayna xalqının rifahına xidmət edəcək”, - ukraynalı döyüşçülər əlavə ediblər.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Dərqaçidən rus hərbçilərini sıxışdırıb və əraziyə tam nəzarət edib.
Bizim.Media