Türkiyənin məşhur müğənnisi Seda Sayan yeddinci dəfə ailə quracaq.
Bizim.Media xəbər verir ki, sənətçi özündən 25 yaş kiçik musiqiçi Çağlar Ötkenin evlilik təklifinə “hə” deyib.
Çağlar Sedaya evlilik təklifini fevralın 14-ü – Sevgililər Günü edib. 59 yaşlı məşhur toy hazırlıqlarına başlayıb.
Xatırladaq ki, İstanbul Texniki Universitetinin məzunu olan Ötken Sayanın aparıcılıq etdiyi proqramda solistlik edir.
Bizim.Media
