Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirir.
Bizim.Media “RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı şura üzvlərinə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağı təklif edib.
O, ilk sözü Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyquya verib. Nazir Rusiya sərhədinin qərb hissəsinin zirehli texnikanın hesabına möhkəmləndirildiyini bildirib.
Şoyqu Ukraynadakı müharibəyə könüllülərin cəlb olunması təklifini irəli sürüb. V.Putin bu ideyanı bəyənib və Ukrayandakı müharibəyə könüllülərin cəlb edilməsinə razılıq verib.
"Rusiyaya Ukraynada yardım etməyə hazır olan könüllülərə Yaxın Şərqdən döyüş bölgəsinə çatmaqda yardımçı olmaq lazımdır", - deyə Putin qeyd edib.
V.Putin müdafiə nazirinin Donetsk və Luqanskdakı separatçılara qənimət silah və texnikanın verilməsi təklifini də bəyənib.
Bizim.Media