Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski süni nəfəs aparatından çıxarılıb.
Bizim.Media xəbər verir ki, TASS mənbəyə istinadən onun özünə gəldiyini yazır.
“Jirinovski koma vəziyyətindən ayılıb. O, sənədləri yenidən qəbul edir və ilk göztərişlərini verir”, - nəşrin mənbəsi bildirib.
“RİA Novosti” agentliyinin məlumatına görə, Jirinovskinin vəziyyəti yaxşılaşıb, o, xəbərləri öyrənməyə başlayıb.
Jirinovskinin koronavirusla xəstəxanaya yerləşdirilməsi fevralın 9-da məlum olub. Partiya lideri peyvənd tərəfdarlarınə şübhələr salmamaq üçün diaqnozu iki həftə gizlədib.
Bizim.Media