Ermənistanda Rusiyanın Cənub Hərbi Dairəsinin MiQ-29 və Su-30SM qırıcılarının pilotları gecə və gündüz təlim uçuşlarını həyata keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.
Pilotlar havaya qalxma və enmə, yüksək sürətli hədəflərin axtarışı və ələ keçirilməsi funksiyalarını yerinə yetiriblər.
Ekipajlar, həmçinin İrəvanın Erebuni aerodromunda sərhəd pozan təyyarənin məcburi enişini sınaqdan keçiriblər.
Bizim.Media