Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.
“Hindistandan atılan raket Pakistan ərazisinə düşüb. Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz notası təqdim olunub” – deyə məlumatda qeyd edilib.
Həmçinin Hindistan hökumətinə bu cür səhlənkarlığın pis nəticələrini nəzərə alması və gələcəkdə bu cür pozuntuların təkrarlanmaması üçün tədbirlər görməsi barədə xəbərdarlıq edilib.
Hindistan tərəfi hələlik bu xəbərlərə rəsmi münasibət bildirməyib.
Bizim.Media