Rusiyanın “Krasnodar” klubu yarımmüdafiəçi Remi Kabella ilə yolları ayırıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Remi Kabelya 2019-cu ilin yayında Fransanın "Sent-Etyen"indən "Krasnodar"a keçib.
O, Rusiya klubunda 62 oyunda 17 qol vurub, 10 qolun ötürməsini verib. Kabella Fransa millisində 4 oyuna çıxıb.
Xatırladaq ki, FİFA legioner oyunçulara Rusiya klubları ilə müqaviləni birtərəfli qaydada ləğv etməyə icazə verib.
Bizim.Media