Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Moskva ilə danışıqlara hazır olduğunu bildirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Mixail Podolyak bildirib.
"Biz münaqişənin diplomatik həllinə hazırıq, Zelenski Putinlə birbaşa dialoqa hazırdır", - deyə M.Podolyak vurğulayıb.
Qeyd edək ki, sabah Türkiyənin Antalya şəhərində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü baş tutacaq.
Bizim.Media