Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlarla bağlı son məlumatları açıqlayıb.
Bizim.Media xəbər verir ki, xüsusi əməliyyat başlayandan indiyə kimi Rusiya Silahlı Qüvvələri 2786 hərbi obyekti məhv etdiyi açıqlanıb.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov əməliyyatın plan üzrə getdiyini bildirib.
"Hərbi aviasiyanın əsas hissəsinin yerləşdiyi Ukrayna hərbi aerodromlarının 90%-i sıradan çıxarılıb. Xüsusi əməliyyat başlayana qədər Ukrayna silahlı qüvvələrinin 250-yə qədər istismara yararlı döyüş təyyarəsi və helikopteri var idi. Rusiya Hava Kosmik Qüvvələri yerdə və havada 89 döyüş təyyarəsi və 57 helikopteri məhv edib", - İ.Konaşenkov əlavə edib.
Bizim.Media