İnternetdə Rusiyaya qarşı informasiya hücumunun gündəlik dəyəri təxminən 12 milyon dollardır.
Bizim.Media xəbər verir ki, bu barədə Təhlükəsiz İnternet Liqasının direktoru və Rusiya Federasiyasının Vətəndaş Palatasının üzvü Yekaterina Mizulina TASS-a açıqlamasında bildirib.
“Ümumilikdə, kampaniyanın gündəlik xərcləri təxminən 12-12,5 milyon dollar təşkil edir. Eyni zamanda “Instagram” və “YouTube” kimi nəhəng sosial media platformaları saxta məlumatların yayılmasını məhdudlaşdırmaq üçün tədbirlər görmür.
Hər iki platformanın dəstək xidməti istifadəçilərin kütləvi şikayətlərinə cavab vermir” – deyə Mizulina qeyd edib.
Təhlükəsiz İnternet Liqasının ekspertlərinin hesablamalarına görə, Rusiya Federasiyası haqqında saxtakarlıq və dezinformasiyaların yayılması üçün informasiya kampaniyasına artıq 150 milyon dollardan çox vəsait xərclənib.
Bizim.Media