Polşa sovet istehsalı olan MiQ-29 qırıcılarının Ukraynaya verilməsi barədə qərarı NATO və ABŞ qəbul etməlidir.
Bizim.Media xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski Vyanada Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında deyib.
“Polşa və NATO Ukraynadakı hazırkı münaqişənin tərəfləri deyil. Təyyarələrin təhvil verilməsi kimi ciddi qərarı bütün NATO qəbul etməlidir. İndi bu qərar NATO-nun, amerikalıların əlindədir" – deyə Moravetski qeyd edib.
Onun sözlərinə görə, Polşa “əlavə təxribatlar və vəziyyəti gərginləşdirə biləcək addımlar olmadan” Ukraynaya kömək etməyə çalışır.
Bizim.Media