“Yum! Brands” şirkəti (KFC və Pizza Hut-ın sahibi) Rusiyada 70 KFC restoranının fəaliyyətini dayandırdığını açıqlayıb.
Bizim.Media şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkət həmçinin Rusiyadakı bütün Pizza Hut restoranlarının fəaliyyətini dayandırmaq üçün öz françayziləri ilə işləyir.
Xatırladaq ki, “McDonald's” şirkəti də Rusiyada bütün restoranlarını bağlayıb.
Bizim.Media