Rusiya hərbçiləri Kiyevi ələ keçirməyə hazırlaşır.
Bizim.Media Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Mövcud məlumatlara görə, qarşı tərəf Kiyevin ələ keçirilməsinə dair növbəti cəhdə hazırlaşmaq üçün yenidən qruplaşır”, - deyə məlumatda qeyd edilib.
Qeyd edilib ki, Fastov istiqamətində uğursuz hücumdan sonra rus hərbçiləri həmin istiqamətdə hücum əməliyyatlarını bərpa etməyə cəhd edir.
Bizim.Media