Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun əsgərlərini müharibəni dayandırmağa və evlərinə qayıtmağa çağırıb. Onun sözlərinə görə, Ukrayna xalqı sona qədər dayanacaq.
Bizim.Media “Ukrayinskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna lideri martın 9-da müraciəti zamanı deyib.
“Rus əsgərləri! Hələ sağ qalmaq şansınız var. Demək olar ki, iki həftəlik müqavimətimiz sizə göstərdi ki, biz təslim olmayacağıq. Torpağımızı qaytaranadək, bütün ölənlərimiz, həlak olan azyaşlı uşaqlarımız üçün tam cavab verənədək döyüşəcəyik.
Ölkəmizdən getsəniz, xilas ola bilərsiniz. Komandirləriniz Ukraynada hələ də şansınızın olduğunu söyləyəndə inanmayın.
Burada sizi heç nə gözləmir. Əsirlik və ya ölümlə yanaşı, bizim canımızı alıb öz canınızı verirsiniz. Biz bilirik ki, sizin komandirləriniz artıq hər şeyi başa düşür, çünki danışıqlarınız əlimizə keçib”, - Zelenski bildirib.
Bizim.Media