Azərbaycan Antalya Diplomatiya Forumunda rəsmi heyətlə təmsil olunacaq

“Diplomatiyanın yenidən qurulması” mövzusunda keçiriləcək Antalya Diplomatiya Forumu iştirakçıları qəbul etməyə hazırdır. Artıq rəsmi şəxslər və jurnalistlər də daxil olmaqla, xarici qonaqların və yerli təmsilçilərin qeydiyyatı başa çatıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın bu forumda rəsmi heyətlə təmsil olunması nəzərdə tutulub.

Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunacaq Forumda 15 dövlət və hökumət başçısının, 67 nazirin iştirakı təsdiqlənib.

Bundan başqa, tədbirdə NATO və ATƏT də daxil olmaqla 44 regional və beynəlxalq təşkilatın təmsilçiləri də olmaqla ümumilikdə 10 min nümayəndənin iştirak etməsi gözlənilir. Tədbirdə yeni diplomatik münasibətlərin formasının tapılması, həmçinin qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunacaq.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi Forum çərçivəsində nəzərdə tutulan “Sülh və rifaha uzanan qlobal və regional yollar”, “Enerji təhlükəsizliyindəki mürəkkəblik”, “Müdafiə sənayesinin gələcəyi”, “Cənubi Qafqaz üçün körpü”, “Terrorizmlə mübarizə: çatışmayan nədir” və digər mövzular Azərbaycanın xarici siyasətində və diplomatik fəaliyyətində daim yer alan mühüm istiqamətlərdir.

Mövzulardan da göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranmış yeni geosiyasi münasibətlərin faydalılığının beynəlxalq ictimaiyyətə, eləcə də rəsmi dairələrə çatdırılması, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin təbliği baxımından Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platformadır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Antalya Diplomatik Forumu çərçivəsində martın 10-da bir araya gələcəyi bu tədbirə marağı daha da artırıb.
Xatırladaq ki, ötən il “Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar" mövzusunda keçirilmiş Antalya Diplomatik Forumunda 11 dövlət və hökumət başçısı, 45 nazir iştirak etmişdi.

Həmin forumdakı iclaslardan biri “Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunmuşdu.

Azərbaycan təmsilçiləri Forum çərçivəsində keçirilən panel iclaslarında, eləcə də ikitərəfli görüşlərdə ölkəmizin xarici siyasətinin istiqamətləri, həmçinin diplomatik missiyamızdakı mühüm tərəflərinə dair müzakirələr aparmışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Messiyə görə matç TƏXİRƏ SALINDI

Messiyə görə matç TƏXİRƏ SALINDI

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Rusiyada Google bloklanacaq?

Rusiyada Google bloklanacaq?

Tuxellə bağlı QƏRAR VERİLDİ

Tuxellə bağlı QƏRAR VERİLDİ

Orban: “Zelenski yalnış yoldadır, Ukraynanın AB-yə üzvlüyünə ümid etməməlidir”

Orban: “Zelenski yalnış yoldadır, Ukraynanın AB-yə üzvlüyünə ümid etməməlidir”

Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bakıda bu yol bağlanır

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bakıda bu yol bağlanır

Ehtiyatlı olun! - Telefonlarınızdakı məlumatlar oğurlana bilər

Ehtiyatlı olun! - Telefonlarınızdakı məlumatlar oğurlana bilər

Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?

Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?

İsrail daha bir dövləti düşmən elan edəcək?

İsrail daha bir dövləti düşmən elan edəcək?

Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK

Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK

YAP Qusar rayon təşkilatı 33 illiyini qeyd edib

YAP Qusar rayon təşkilatı 33 illiyini qeyd edib

ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi

Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi

End of content

No more pages to load

RADİO