Dünyada 448 169 591 nəfərdə koronavirus aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə koronavirusun onlayn statistikasında qeyd olunur. Mənbə yazır ki, virusdan 6 027 357 xəstə ölüb, 382 342 323 nəfər sağalıb.
Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (80 979 977 nəfər), Hindistan (42 971 308 nəfər), Braziliya (29 069 469 nəfər), Fransa (23 071 822 nəfər) və Böyük Britaniyadır (19 245 301 nəfər).
Türkiyədə 14 388 231, İranda 7 096 318, Gürcüstanda 1 626 282, Ermənistanda isə 413 699 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 789 481 nəfərin 9 531-i ölüb, 775 706 xəstə sağalıb.
Bizim.Media