BMT 457 illik xəritəni niyə dəyişdi? – Dünyanın yeni görünüşündə Azərbaycanın yeri

BMT 457 illik xəritəni niyə dəyişdi? – Dünyanın yeni görünüşündə Azərbaycanın yeri
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belə bir fikir var: “Heç bir xəritə Yer kürəsini tam dəqiq təsvir edə bilməz”. Mütəxəssislər də təsdiqləyirlər ki, Yer kürəsi səthini kağız üzərinə yaradanda  mütləq hansısa ölçü, forma, məsafə və ya istiqamət təhrif olunur. Dünyanın ilk dəqiq xəritəsini Osmanlı admiralı, kartoqraf Piri Rəis vermişdi, onun da xəritəsində mistik məqamlar olduğu üçün elmi təsdiqini almayıb, sadəcə tarixi sübut kimi saxlanılır.

Doğrudur, Piri Rəisin 1513-cü ildə hazırladığı xəritə öz dövrü üçün çox diqqətçəkən idi. Xüsusilə Amerika qitəsinin bəzi sahilləri (Kolumbun kəşfində həmin ərazilər yox idi) o dövrün Avropa xəritələri ilə müqayisədə kifayət qədər dəqiq təsvir edilmişdi. Piri Rəis xəritəni təkcə öz müşahidələri əsasında hazırlamamışdı, əvvəlki xəritələrdən və dənizçilərin məlumatlarından da istifadə etmişdi.

XVI əsrdən bu günə nə dəyişdi?

XV–XVI əsrlərdə dəniz səyahətləri, kompas, astronomik müşahidələr və yeni coğrafi kəşflər xəritələri sürətlə təkmilləşdirdi. 1569-cu ildə Gerardus Merkatorun dünya xəritəsi isə naviqasiya üçün inqilabi əhəmiyyət daşıdı. Bax burada xüsusi məqam var: 457 ildir ki, dünyanın ölçüsü bu kişinin hazırladığı xəritə ilə müəyyənləşirdi.

Amma bu il, sentyabrın 4-də BMT Baş Assambleyası qətnamə qəbul edib Merkator xəritəsindən Equal Earth xəritəsinə keçdi. Səbəbi belə göstərdi ki, Merkator xəritəsi XVI əsrdə dənizçilik üçün hazırlanıb. Onun problemi budur ki, ekvatordan uzaqlaşdıqca əraziləri getdikcə daha böyük göstərir. Afrika xəritədə olduğundan xeyli kiçik, böyük görünür. Məsələn, Qrelandiya az qala Afrikaya yaxın ölçüdə təsvir edilir, halbuki gerçəkdə Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.

Ümumiyyətlə, Equal Earth nə deməkdir?

İngiliscədən tərcümədə  “Bərabər yer” demək olan Equal Earth kürə formasında olan Yer səthini düz xəritədə göstərmək üsuludur. Əsas xüsusiyyəti budur ki, qitələrin sahələrini bir-birinə nisbətən real ölçülərinə yaxın saxlayır.  Equal Earth proyeksiyası 2018-ci ildə kartoqraflar Bojan Savriç, Bernhard Jenny və Tom Patterson tərəfindən təqdim edilib.

Yeni xəritədı Afrikadan başqa digər ölkələr də “xoşbəxt olacaq”.  Cənubi Amerika daha böyük görünəcək; Hindistan və digər Asiya ölkələri nisbətən “böyüyəcək” . Avropa və Şimali Amerika isə daha kiçiləcək.

Bəs Azərbaycan?

Coğrafiya üzrə fəlsəfə doktoru Famil Kərimov Bizim.Media-ya açıqlamasında bir  vacib məqamı diqqətə çatdırdı. Azərbaycan ekvatora nisbətən orta-yüksək enlikdə yerləşdiyinə görə yeni xəritədə onun vizual ölçüsü çox cüzi fərqlənəcək, hər halda Qrenlandiya kimi kəskin fərq olmayacaq.
 

“Azərbaycanın 86,6 min kvm ərazisi olduğu kimi qalacaq, yəni sadə dillə desək, sərhədlərin ölçüsü yox, görüntüsü dəyişir. Ölkəmiz Equal Earth proyeksiyasında vizual olaraq bir qədər kiçilmiş kimi görünə bilər. Lakin Gürcüstan, Ermənistan, Türkiyə və digər qonşu ölkələr də bənzər enliklərdə yerləşdiyindən Azərbaycanın region nisbətində ölçüsü ciddi fərqlənməyəcək”.


Qeyd edək ki, BMT-nin qətnaməsi hüquqi baxımdan məcburi deyil. Merkator xəritəsi qadağan edilmir. Sadəcə BMT hökumətləri, dərslikləri, medianı və rəqəmsal platformaları qitələrin sahəsini düzgün göstərən xəritələrdən istifadəyə çağırır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO