Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 360 min 353 nəfərin test edildiyi, 32 min 389 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 57 min 894 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Bizim.Media