Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefonla danışacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov liderlərin Ukraynadakı vəziyyəti müzakirə edəcəyini açıqlayıb.
“Bəli, prezidentlərin danışmaq planı var. Yaxın günlərdə telefon söhbəti baş tutacaq”, - deyə D.Peskov bildirib.
Bizim.Media