Ceyhun Bayramov BMT-nin icraçı direktoru ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Kapitalın İnkişafı Fondunun (UNCDF) icraçı katibi Priti Sinha ilə görüşü baş tutub.

Xarici İşlər Naziriliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, Ceyhun Bayramov Azərbaycanın BMT-nin müxtəlif institutları ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini qeyd edib. Ölkəmizin BMT-nin Kapitalın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını dəyərləndirməyə hazır olduğu vurğulanıb.

Ceyhun Bayramov, pandemiya dövründə 80 ölkəyə Azərbaycan tərəfindən COVID-19 pandemiyası ilə mübarizə istiqamətində yardımların göstərildiyini bildirib.
 

 MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın şərtləri açıqlandı: Bu halda Ermənistanla münasibətlər normallaşa bilər - FOTO


Nazir, həmçinin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı daxilində edilən yardımlar, ötən həftə Ukraynaya edilən humanitar yardım barədə danışıb.

Qarşı tərəf regiondakı hazırki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan böyük həcmli bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb və bu xüsusda BMT-nin Kapitalın İnkişafı Fondu ilə əməkdaşlıqda maraqlı olduğumuz ifadə edilib.

BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibi xanım Priti Sinha səmimi qəbula görə təşəkkürünü bildirib və ölkəmizi müstəqilliyin 30 illiyi, eləcə də BMT ilə münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

O, təmsil etdiyi təşkilatın missiyası, beynəlxalq miqyasda həyata keçirdiyi layihələr, ölkəmizlə əməkdaşlıq perspektivləri barədə danışıb və təşkilatın dünyanın 46 ölkəsi ilə əməkdaşlıq etdiyini və bu ölkələrə müxtəlif istiqamətlərdə, o cümlədən yerli infrastrukturun, kiçik və orta sahibkarlığın inkişafı, rəqəmsal inkişaf və s. sahələrində yardımlar etdiyini qeyd edib.

Azərbaycanla Fond arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraq ifadə edilib. Həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

“Real”da Mbappe ŞOKU

“Real”da Mbappe ŞOKU

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Messiyə görə matç TƏXİRƏ SALINDI

Messiyə görə matç TƏXİRƏ SALINDI

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

End of content

No more pages to load

RADİO