“Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan və rejissor Tiqran Keosayan 9 il sonra evlənmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Simonyan “Facebook” hesabında məlumat verib.
“Tiqran və mən hər ikimizə qarşı tətbiq edilən sanksiyaları necə qeyd edəcəyimizi düşündük. Biz evlənmək qərarına gəldik!" – deyə Simonyan bildirib.
Qeyd edək ki, üç övladı olan cütlük 2013-cü ildən vətəndaş nikahında yaşayır.
Bizim.Media
