Martın 2-də Kiyev Patrul Polis İdarəsinin rəisi Yuri Zozulya və rusiyalı jurnalist Anjelina Karyakina döyüşlərin tüğyan etdiyi Kiyevdə toy ediblər.
Bizim.Media “Unian”a istinadən xəbər verir ki, bu barədə nikah bağlanmasına şahidlik edən Ukrayna Milli Polisinin Patrul Polis İdarəsinin rəisi, polis polkovniki Yevgeni "Facebook"da yazıb.
Qeyd edək ki, gül dəstəsi əvəzinə gəlinə orxideya çiçəkləri verilib. Qonaqlar bəylə-gəlini şampana qonaq ediblər.
Bizim.Media
