Dünyaca məşhur aktyor Robert De Niro Ukraynanı Rusiyanın təcavüzünə müqavimət göstərməyə çağırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Kembric Universitetində çıxışı zamanı danışıb.
“Bu yolverilməzdir. Dünyada elə şeylər baş verir ki, səsin varsa və baş verənləri görürsənsə, bu barədə nəsə etməlisən. İndi Ukraynada baş verənləri görürsən, ayağa qalxıb sən bunu edə bilməzsən, səhvdir, deməlisən” – deyə ulduz qeyd edib.
Sənətçi bildirib ki, bu, təkcə demokratiya deyil, həm də həqiqəti söyləməkdir.
Bizim.Media