Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

İmişlidə illərdir aliment borcunu ödəməyən ata həbs edilib.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, rayon sakini - 36 yaşlı İman Quliyev (şərti) beş il ərzində yığılmış aliment borcunu ödəməklə bağlı məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunur. İttiham aktına görə, İman Quliyev 2020-ci ildə həyat yoldaşından rəsmi şəkildə ayrılıb.
 

Bundan sonra məhkəmə ona iki övladının hər biri üçün 170 manat olmaqla, aylıq 340 manat ödəməyi tapşırıb. Lakin İ.Quliyev bu tapşırığı icra etməyib. Nəticədə 2025-ci ilədək 18 min manatdan artıq aliment borcu yığılıb. Zərərçəkən keçmiş yoldaşının şikayəti əsasında İman haqqında cinayət işi başlanıb.


Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, aliment borcunu ödəmədiyi üçün indiyədək 2 dəfə inzibati qaydada 15 günlük həbs edilib. Bir dəfə də 1 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Həmçinin ölkədən çıxmasına müvəqqəti məhdudiyyət qoyulub. Lakin yenə də borcu ödəməyib. O, Bakıda tikinti gedən binalarda usta kimi işlədiyini deyib.

Zərərçəkən qadın isə keçmiş ərinin aylıq kifayət qədər pul qazandığını, həmin vəsaiti də istirahət və əyləncələrinə xərclədiyini bildirib və məhkəmədən bütün aliment borcunun ödənilməsini, yaxud İman Quliyev barəsində qanuni tədbir görülməsini istəyib.

Məhkəmənin qərarı ilə İman Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO