Bəzi həkimlərin COVİD-19-la bağlı əlavələri ala bilməməsinə aydınlıq gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta haqlarının uçotu şöbəsinin müdiri Səməd Səmədov açıqlama verib.
“Tibb işçilərinin əməkhaqqılarının hesablanma qaydası”ndan danışan Səmədov COVİD əlavəsinin verilməsinin Nazirlər Kabinetinin 112 saylı qərarı ilə tənzimləndiyini bildirib:
"Qərarda əlavənin maaşın 3, 4 və 5 misli məbləğində verilməsi nəzərdə tutulub. Sadəcə olaraq əlavələr vaxta mütənasib olaraq verilir. Ola bilsin ki, həkimin COVİD xəstəsinə göstərdiyi xidmətin vaxtı az olduğu üçün ona əlavə verilməyib".
Bizim.Media