Rusiya dəfələrlə Qərb ölkələrinə xəbərdarlıq edib ki, Ukraynanın NATO-ya daxil olması məsələsi “gec-tez partlayacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko açıqlama verib.
“Rusiya ilə NATO arasında birbaşa toqquşma təhlükəsi var. Tərəflər arasında münasibətlərin necə dəyişəcəyini söyləmək hələ çətindir, lakin tərəflər birmənalı olaraq köhnə şəkildə dialoq apara bilməyəcəklər” – deyə Qruşko qeyd edib.
Bizim.Media