Fransalı aktyor Jerar Depardye Ukraynadakı müharibəyə qarşı çıxış edib və tərəfləri danışıqlara çağırıb.
Bizim.Media xəbər verir ki, 73 yaşlı aktyor bu barədə “AFP”yə açıqlamasında bildirib.
“Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Mən bu qardaş müharibəsinin əleyhinəyəm. Mən “müharibəni dayandırın və danışıqlar aparın” deyirəm” – deyə Depardye qeyd edib.
Xatırladaq ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edib.
Bizim.Media