Rusiya sanksiyalar tətbiqinə hazır idi, lakin bu tədbirlərin idmançılara və media işçilərinə təsirinə təəccübləndi.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Əl-Cəzirə” kanalına müsahibəsində bildirib.
"Biz sanksiyalara hazır idik, lakin onların idmançılara, ziyalılara, aktyorlara, media işçilərinə təsir edəcəyini gözləmirdik" – deyə Lavrov qeyd edib.
Nazir bildirib ki, Qərb ölkələri Rusiya ilə yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılmasını müzakirə etməkdən imtina edib.
Bizim.Media