Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və elektron ticarət ekosistemi olan Bir, “CNBC” və “Statista” tərəfindən tərtib edilən “Dünyanın aparıcı fintex şirkətləri” (“The World’s Top Fintech Companies”) reytinqində neobankinq kateqoriyası üzrə dünyanın ən yaxşı fintexləri sırasında yer alıb. Bir bu nüfuzlu siyahıya daxil edilən Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun ilk və yeganə şirkətidir.
 

“CNBC” və “Statista” tərəfindən hazırlanan "The World’s Top Fintech Companies" siyahısı fintex sənayesinin ən nüfuzlu qlobal göstəricilərindən biri hesab olunur. Siyahı gəlirlilik, mənfəətlilik və digər maliyyə göstəriciləri, müştəri sayı, kredit və depozit portfellərinin artımı, əməliyyat həcmi, bazar payı və əməkdaş sayı kimi əsas performans göstəricilərinin (KPI) hərtərəfli təhlili əsasında tərtib edilir. 


Bir ekosisteminin beynəlxalq reytinq siyahısında tanınması onun miqyasını, davamlı inkişafını və regionda texnoloji lider kimi mövqeyini, eləcə də Azərbaycanın rəqəmsal transformasiyasında oynadığı mühüm rolu bir daha vurğulayır.

Bir ekosisteminin rəhbəri Fərid Hüseynov bildirib: “Bir olaraq məqsədimiz Azərbaycanda milyonlarla insanın gündəlik həyatını daha rahat, sürətli və rəqəmsal etməkdir. Alış-verişdən ictimai nəqliyyat ödənişlərinə, pul köçürmələrindən digər maliyyə xidmətlərinə qədər gündəlik ehtiyacları vahid ekosistemdə bir araya gətirərək insanların rəqəmsal həllərdən istifadəsini daha əlçatan edir və yeni vərdişlərin formalaşmasına töhfə veririk.

“CNBC” və “Statista” tərəfindən dünyanın Nubank, Revolut və Monzo kimi aparıcı fintex şirkətləri sırasında tanınmaqdan məmnunuq. Azərbaycan və Cənubi Qafqaz regionundan bu nüfuzlu siyahıya daxil edilən ilk və yeganə şirkət olmaq həm Bir ekosisteminin əldə etdiyi nəticələrin, həm də ölkəmizin fintex sektorunun qlobal səviyyədə artan rəqabət qabiliyyətinin göstəricisidir. Gələcəkdə də Bir ekosistemini inkişaf etdirməyə və Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına xidmət etməyə davam edəcəyik.”
 

Bir ekosistemi innovativ məhsul və xidmətlərini genişləndirərək ölkə üzrə daha çox istifadəçiyə çatdırmağa davam edir. Son aylarda ekosistem “Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycandan dünyanın 140-dan çox ölkəsinə beynəlxalq pul köçürmələrini istifadəyə verib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin rəqəmsallaşdırılması layihəsinə başlayıb. Bununla yanaşı, ölkədə ilk dəfə olaraq Birbank tətbiqinə işarət dili funksiyası inteqrasiya edilərək eşitmə və nitq məhdudiyyətli şəxslər üçün maliyyə xidmətlərinə çıxış imkanları daha da genişləndirilib.


Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.

Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
 
Daha ətraflı: bir.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

End of content

No more pages to load

RADİO