Azərbaycanda bu peşələrə tələbat ARTIR - 8 aya iş sahibi olmaq mümkün olacaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"na çərçivəsində peşə təhsili müəssisələrində müasir tələblərə uyğun sənaye yönümlü ixtisasların tədrisinin genişləndirilməsi planlaşdırılır. 

Tədbirlər Planına əsasən, ilkin nəticə olaraq, yeni sənayeyönümlü peşə təhsili ixtisaslarının müəyyən edilməsi və tədrisin təşkili, yekunda isə sənaye sektorunun ixtisaslı kadrlarla təminatının gücləndirilməsi hədəflənir.

Bəs yeni proqramların hazırlanması gələcəkdə işsizliyin azalmasına və əmək bazarında kadr çatışmazlığının aradan qaldırılmasına real təsir göstərə bilərmi?

Təhsil eksperti Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirir ki, Azərbaycanda peşə təhsil mərkəzlərinə dövlət dəstəyi kifayət qədər artırılıb: 

“Bir neçə peşə təhsil mərkəzini nümunə göstərmək olar ki, həmin mərkəzlərdə əmək bazarı üçün kifayət qədər kadr hazırlanır, bazarın tələblərinə uyğun tədris proqramları təsdiqlənib və bu proqramlar əsasında tədris aparılır.
 

Məsələn, Cəlilabad Peşə Təhsil Mərkəzində heyvandarlıq və kənd təsərrüfatı sahələri üzrə ixtisaslar tədris olunur. Lənkəran Peşə Təhsil Mərkəzində isə qaynaqçı, elektrik, avtomobil ustası, hibrid avtomobillərin təmiri üzrə mütəxəssislər hazırlanır.


Qəbələ Peşə Təhsil Mərkəzində turizm sahəsi üzrə bələdçilər və aşpazlar hazırlanır. Bakı şəhərində fəaliyyət göstərən bir neçə peşə təhsil mərkəzində isə beynəlxalq səviyyəli sertifikat verilən, yüksək əməkhaqqı vəd edən ixtisaslar mövcuddur”.

Hansı sahələrin peşə təhsilini yaratmağa təcili ehtiyac var, onları öyrədən peşə məktəbi varmı?

Ekspertin sözlərinə görə, hazırda toxuculuq ustası, elektrik qaynaqçısı, soyuducu sistemlərin təmiri ustası, logistika və anbar idarəçiliyi, sənaye avtomatlaşdırılması, elektrik avtomobillərinin servisi kimi ixtisaslara ciddi tələbat var:

“Bərpa olunan enerji sahəsində də yeni ixtisaslar yaradılır. Xüsusilə Bakıdakı peşə təhsil mərkəzlərində günəş və külək enerjisi sistemlərinin quraşdırılması və istismarı üzrə mütəxəssislərin hazırlanması istiqamətində addımlar atılır.
 

Bir sözlə, peşə təhsil mərkəzlərində proqramlar yenilənir. Ancaq bu, hələ kifayət deyil. Çünki tədris prosesində müəyyən çatışmazlıqlar, maddi-texniki bazanın və tədris vəsaitlərinin yetərsizliyi hələ də qalmaqdadır. Bu problemlər kompleks şəkildə həll olunarsa, peşə təhsil mərkəzlərinin nəticələri daha da yaxşı olacaq.


Nəzərə alaq ki, ali təhsil müəssisələrində əmək bazarı üçün mütəxəssis hazırlanması bakalavr səviyyəsində dörd il çəkir. Peşə təhsil mərkəzlərində isə eyni bazarın tələbatına uyğun mütəxəssisləri 8 ay, 1 il və ya 1 il yarım ərzində hazırlayıb müəssisələrə göndərmək mümkündür”.

M.Məmmədli qeyd edir ki, beynəlxalq təcrübədə peşə məktəblərinin məzunları çox vaxt həmin məktəbi himayə edən və ya sponsorluq edən şirkətlərin sifarişi əsasında hazırlanır və birbaşa həmin müəssisələrdə işlə təmin olunurlar.
 

Onun sözlərinə görə, Azərbaycanda da gələcəkdə böyük şirkətlərin bu prosesə cəlb edilməsi məqsədəuyğun olardı. Onlar öz maliyyələri hesabına ehtiyac gördükləri mütəxəssislərin hazırlanmasını təmin edə və sonradan həmin şəxsləri öz müəssisələrində işlə təmin edə bilərlər.


“Keçmişdə də peşə təhsili məktəblərinə marağı artırmaq üçün həvəsləndirici tədbirlər görülürdü. Məsələn, gənc mütəxəssislərə növbədənkənar mənzil verilməsi, çətin iqlim və ya ağır əmək şəraitində müəyyən müddət işləyən şəxslərin müxtəlif güzəştlərlə təmin olunması kimi stimullar tətbiq edilirdi. Xüsusilə dənizdə neft platformalarında, qazma qurğularında və digər ağır istehsalat sahələrində çalışan qaynaqçılar və digər mütəxəssislər üçün belə təşviq mexanizmləri mövcud idi. Belə mütəxəssislər mənzil növbəsinə yazılır, üç il işlədikdən sonra mənzillə təmin olunurdular”. 

M.Məmmədlinin fikrincə, Azərbaycanda da zamanla bu cür modellərin tətbiqi müsbət nəticələr verə bilər. Çünki bu sahədə ixtisaslı kadrlara tələbat artıq kifayət qədər yüksəkdir.

Xatırladaq ki, sözügedən layihənin əsas icraçı orqanı Elm və Təhsil Nazirliyi, digər icraçıları isə İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri olacaq.

Xədicə Paşayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

End of content

No more pages to load

RADİO