Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili çərşənbə axşamı məhkəmədə bildirib ki, o, Ukrayna vətəndaşıdır və Gürcüstan hakimiyyəti onun Kiyevə getməsinə icazə verməlidir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İnterfaks agentliyi yayıb.
“Mən Ukraynanın Milli İslahatlar Komitəsinin sədriyəm. Ofisim prezident Volodimir Zelenskinin ofisinin yanındadır. Orada məni gözləyirlər və bu gün hökumətimlə birlikdə orada olmalıyam”, - Saakaşvili bildirib.
“Cəsarətli olun, “Saakaşvilini Ukraynaya göndərin” deyən Avropa ölkələrinin prezidentlərinə qulaq asın.
Bu, Gürcüstanın gələcək reputasiyası üçün daha yaxşıdır. Sizdən məni kurorta göndərməyinizi tələb etmirəm, ora (Ukrayna) göndərilməyimi tələb edirəm. Bəlkə də heç geri qayıtmadım (müharibədə ölmək ehtimalına işarə vurur)”, - deyə eks-prezident əlavə edib.
Bizim.Media