Kiyevdə həvəskar Qostomel klubunun futbolçusu Dmitri Martınenko anası ilə birlikdə həlak olub.
Bizim.Media “sport.segodnya.ua” saytına istinadən xəbər verir ki, onların evinə rus mərmisi düşüb.
Bu barədə Kiyev-Svyatoşinsk Regional Futbol Federasiyası “Facebook”da məlumat yayıb.
Dmitri Martınenko Luqansk futbolunun məzunudur. O, Kiyev-Svyatoşinsk rayon çempionatının ikinci liqasının bombardiri və ən yaxşı oyunçusu olub. Yarımmüdafiəçi kimi çıxış edib. Fevralın 22-də onun 25 yaşı tamam olub.
Əvvəllər Kiyev yaxınlığında ruslara qarşı döyüşlərdə “Karpat”ın oyunçusu həlak olub. 2000-ci il təvəllüdlü, Lvov klub məktəbinin yetirməsi Vitali Sapilo tank komandiri olub.
Bizim.Media

