ABŞ Rusiyanın BMT-də təmsil olunan 12 diplomatını arzolunmaz şəxs elan edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
V.Nebenzya əlavə edib ki, sözügedən diplomatlar qısa zamanda ABŞ-ı tərk edəcək.
Bizim.Media