"Rusiya operativ-taktiki aviasiyası Ukrayna silahlı qüvvələrinə məxsus zirehli texnikanın 6 kolonnasını vurub".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinən bildirilib.
Nazirliyin son hesabatında bildirilib ki, əməliyyat başlayandan bəri Rusiya qüvvələri Ukraynanın 1146 hərbi infrastruktur obyektinə, o cümlədən 31 komanda məntəqəsi və rabitə mərkəzinə, 81 "S-300", "Buk M-1" və "Osa" hava hücumundan müdafiə sistemlərinə, həmçinin 75 radar stansiyasına zərbələr endirib.
311 tank və digər zirehli texnika, 42 təyyarə və helikopter, 51 reaktiv yaylım atəşi sistemi, 147 səhra artilleriya qurğusu və minaatan məhv edilib.
Son 24 saat ərzində daha 110 Ukrayna əsgəri könüllü olaraq silahlarını yerə qoyub.
Bizim.Media