Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Böyük şəhərlərdə tıxaclar artıq sadəcə nəqliyyat problemi deyil, həm də iqtisadi itkilərin əsas səbəblərindən birinə çevrilib. Saatlarla yolda itirilən vaxt, artan yanacaq sərfiyyatı və iş məhsuldarlığının azalması hər gün milyonlarla manatlıq zərərə səbəb olur.

Bəs bu itkilərin real iqtisadi dəyəri necə hesablanmalı və tıxacların yaratdığı zərəri minimuma endirmək üçün hansı addımlar atılmalıdır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “demokrat.az”a bildirib ki, böyük şəhərlərdə tıxac problemi dünyanın hər yerində mövcuddur və Bakı da artıq bir neçə ildir ki, bu problemlə sözün əsl mənasında mübarizə aparır:

"Tıxacların azaldılması təkcə nəqliyyat vasitələrinin tənzimlənməsi ilə həll olunmur. Bir çox ölkələrin təcrübəsinə baxdıqda görürük ki, tıxacların qarşısının alınması üçün kompleks tədbirlərə ehtiyac var. Bizdə bütün iqtisadi imkanların Bakıda cəmləşməsi bu problemə daha ciddi təsir göstərir. İnsanlar hələ də iş və digər iqtisadi imkanlar üçün regionlardan Bakıya üz tuturlar.
 

Birincisi, regionların inkişafı ilə bağlı tədbirlər görülməlidir ki, bu axının qarşısı alınsın. Bundan sonra tıxacların azalması, yanacağa qənaət olunması və digər məsələlərin həlli daha mümkün olacaq. İkincisi, ictimai nəqliyyat o qədər rahat və sərfəli olmalıdır ki, hətta şəxsi avtomobili olanlar belə ondan istifadə etməyə üstünlük versinlər.


Bizdə ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı hələ də ciddi problemlər və nöqsanlar var, təəssüf ki, tam qaneedici mənzərə görmürük. Həllini gözləyən çox məsələlər var və həm ictimai nəqliyyatın inkişafı, həm də Bakı şəhərinin yükünün azaldılması tıxacların aradan qaldırılmasına kömək edə biləcək əsas vasitələrdəndir",- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

ABŞ vətəndaşlarına çağırış etdi: “Yaxın Şərqi tərk edin!”

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

SOCAR-ın texniki operatorluğundan 5 il ötür

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Azərbaycan banklarının xalis xarici aktivləri KƏSKİN ARTIB

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

End of content

No more pages to load

RADİO