Kiyevin meri Vitali Kliçko bildirib ki, Ukraynanın paytaxtı müdafiə xəttini saxlamaqda davam edir.
Bizim.Media korrespondent.net xəbər verir ki, bazar ertəsi, fevralın 28-nə keçən gecə yenidən toqquşmalar və atışmalar olub, bir neçə diversant qrupu zərərsizləşdirilib.
“Hərbçilərimiz, hüquq-mühafizə orqanlarımız və terrorçulara qarşı müdafiə qüvvələrimiz şəhərdə olan təxribatçıları müəyyən edib zərərsizləşdirməyə davam edir.
Paytaxtda istehkamlar qurulur, strateji müəssisə və qurumların ərazisində məhdudlaşdırıcı bloklar yerləşdirilir”, - Kliçko bildirib.
O, həmçinin Kiyev əhalisinin təhlükəsizliyi üçün komendant saatının tətbiq edildiyini xatırladıb və kiyevliləri küçələrə çıxmamağa çağırıb.
Bizim.Media