“Zəruri hallarda bankların yenidən kapitallaşdırılması üçün tədbirlər görüləcək”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın baş naziri Mixail Mişustin Qərbin sanksiyalarının nəticələrini yumşaltmaq üçün qəbul edilən qərarlardan danışarkən səsləndirib.
Onun sözlərinə görə, indiki şəraitdə sosial öhdəlikləri yerinə yetirmək üçün büdcədə resurslar var.
Baş nazir qeyd edib ki, Maliyyə Nazirliyi daha böyük kapital amnistiyası üçün təklif hazırlayıb:
“Hökumət tezliklə iqtisadiyyata dəstək planını təqdim edəcək, sanksiyalar altında elmi və texnoloji inkişafla məşğul olan şirkətlər üçün vergi rejimini yüngülləşdirəcək”.
Bizim.Media