Aydın Süleymanlı Karlsen üzərindəki tarixi qələbəsindən danışdı: "İnana bilmirdim"

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə XVI dünya çempionu Maqnus Karlsenə qalib gəldiyinə inana bilməyib.

Bizim.Media xəbər verir ki, 21 yaşlı şahmatçı bu barədə “report.az”a açıqlama verib.

O, Honq Konqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatındakı qarşılaşmanı xatırlayıb:

"Qələbədən sonra özümə gələ bilmirdim. Karlseni məğlub etdiyim oyunu hisslərlə ifadə etmək çətindir. Həmin an çox həyəcanlı idim. Maqnus Karlsenə qalib gəldiyimə inana bilmirdim. Bu, mənim üçün çox unudulmaz an idi. Düşünürəm ki, qalibiyyət, həmin andakı hisslər bir müddət ağlımda qalacaq. Bunları sözlə ifadə etmək çətindir. O, dünyanın gəlmiş-keçmiş ən yaxşı şahmatçısıdır. Bu təkcə mənə görə yox, çox insana görə belədir. Karlsenə qalib gəlmək qürurvericidir. Ümid edirəm ki, bundan sonra da o səviyyədə oyunçularla daha çox mübarizə apararam və yaxşı nəticə göstərərəm".

A.Süleymanlı Honq Konqdakı turnir haqqında da fikirlərini bölüşüb:

"Bu yarışda ilk dəfə çıxış edirdim. "Odlar yurdu" komandası ilə qatılmaq qismət oldu. Bu komandanın yaranmasında əsas pay sahibi Azərbaycan Şahmat Federasiyası və Rauf Məmmədovdur. Rauf belə bir kollektivin qurulması ilə bağlı ideya irəli sürmüşdü. Komandamız gənclərdən ibarətdir. Düşünürəm ki, yarışda da yaxşı mübarizə apardıq.

Rapid mərhələsində Maqnus Karlsenin çıxış etdiyi, turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbə qazandıq. Onların digər üzvləri də dünyanın ən yaxşıları sırasındadır. Hamımız yaxşı oynadıq və mübarizə apardıq. "KazChess" komandasını da məğlub etdik. Onların heyətində Şəhriyar Məmmədyarov da oynayırdı. Düşünürəm ki, bu turnirdə yaxşı iştirak etdik".

Xatırladaq ki, "Odlar Yurdu" blits üzrə turnirin 1/8 finalında Özbəkistana məğlub olub. Komanda rapid üzrə mübarzədə isə 15 xalla 11-ci yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışdı

Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışdı

İlham Əliyev: Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir

İlham Əliyev: Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir

İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub

İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub

Ağdərədə bu peşə üzrə vakansiyalar təqdim olundu

Ağdərədə bu peşə üzrə vakansiyalar təqdim olundu

İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

Naxçıvana qayıtmaq zamanıdır: Zəngəzur dəhlizindən süni intellekt erasına uzanan körpü

Naxçıvana qayıtmaq zamanıdır: Zəngəzur dəhlizindən süni intellekt erasına uzanan körpü

Naxçıvanda memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

Naxçıvanda memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

Çempionlar Liqası: "Sabah" darmadağınla pley-off mərhələsində - FOTO/VİDEO

Çempionlar Liqası: "Sabah" darmadağınla pley-off mərhələsində - FOTO/VİDEO

İlham Əliyev Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO

İlham Əliyev Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi

“Neftçi” onu heyətinə qatdı

“Neftçi” onu heyətinə qatdı

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu - FOTO

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu - FOTO

“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO-VİDEO

“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO-VİDEO

İlham Əliyev hərbi hissələrə Döyüş bayraqlarını təqdim etdi - FOTO/VİDEO

İlham Əliyev hərbi hissələrə Döyüş bayraqlarını təqdim etdi - FOTO/VİDEO

Bakı-Quba yolunda ağır qəza: Yük maşınlarının arasında qalan şəxs öldü

Bakı-Quba yolunda ağır qəza: Yük maşınlarının arasında qalan şəxs öldü

Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi

Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi

Bakıda 2 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda 2 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“Elmlər Akademiyası”nda təhlükə - Ağac hər an aşa bilər - VİDEO

“Elmlər Akademiyası”nda təhlükə - Ağac hər an aşa bilər - VİDEO

Rusiya Gilmanın azad edilməsi müqabilində nə tələb edib? - Trampdan AÇIQLAMA

Rusiya Gilmanın azad edilməsi müqabilində nə tələb edib? - Trampdan AÇIQLAMA

“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi

“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi

Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI - VİDEO

Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI - VİDEO

Soçi meriyasından sakinlərə TÖVSİYƏ: Şəxsi avtomobillərinizlə səfərə çıxmayın

Soçi meriyasından sakinlərə TÖVSİYƏ: Şəxsi avtomobillərinizlə səfərə çıxmayın

Sakinlərin problemləri bitmək bilmir: "Natəmiz su işlədirik" - VİDEO

Sakinlərin problemləri bitmək bilmir: "Natəmiz su işlədirik" - VİDEO

MİQ müsabiqəsində növbəti mərhələnin nəticələri bəlli oldu

MİQ müsabiqəsində növbəti mərhələnin nəticələri bəlli oldu

End of content

No more pages to load

RADİO