Bakıda sakinlərin sıx olduğu ərazidə qəzalı ağac təhlükə yaradır.
Bizim.Media xəbər verir ki, “Elmlər Akademiyası” metro stansiyasına yaxın, piyadaların gediş-gəlişinin çox olduğu hissədə böyük ağaclardan biri hər an aşmaq üzrədir.
Sakinlər ağacın yoldan keçənlərin üzərinə aşma ehtimalından narahatlıqlarını bildirirlər.
Onların sözlərinə görə, aidiyyəti qurumlar məsələ ilə bağlı hələ ki heç bir tədbir görməyib. (Qafqazinfo.az)
Bizim.Media