Oğuzda kənd təsərrüfatı yeni mərhələdə - FOTO/VİDEO

Oğuz tarixdə olduğu kimi bu gün də aqrar sektorun müxtəlif sahələrində fəaliyyət göstərən, əhalinin məşğulluğunun təmin olunması və gəlirlərinin formaşalmasında müsbəti dinamikası ilə seçilən rayonlardan biridir.

Bizim.Media “azertag.az”a istinadən xəbər verir ki, rayonun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bağçılıq, baramaçılıq mühüm rol oynayır.

Mayın 25-də dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafına dair keçirilən müşavirədə səslənən fikirlər və qarşıya qoyulan məqsədlər eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı rayonda fermer və sahibkarların geniş müzakirə etdiyi mövzulardan biridir.
 

Sənəddə də vurğulandığı kimi, məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir.


Qeyd edilən Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin, ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq, akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan, rəqabətqabiliyyətli inkişaf modelinə keçidin təmin edilməsi nəzərdə tutulur.

Bütün bunlar tarixi ənənələri yaşadan və baramaçılıqda bir çox uğurlara imza atan Oğuzdan olan kümdarların da ürəyindən xəbər verir.

İxrac potensialı yüksək olan baramaçılığa bu rayonda keçmişdə böyük maraq olub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM ) bitkiçilik sektorunun baş məsləhətçisi Azər Vəliyev bildirir ki, hələ sovet illərində rayonda 40-45 günə 70-80 ton barama istehsal olunub və yüksək keyfiyyəti ilə fərqlənib. Bu isə əhalinin məşğulluğu ilə yanaşı xüsusən də kənd sakinlərinin maddi gəlirlərinin artması və formalaşmasında mühüm rol oynayırdı. Bu gün də rayonda baramaçılığa marağın artdığını deyən Azər müəllim bizi təsərrüfatlardan birinə baş çəkməyi, işləri canlı görərək söhbəti davam etdirməyi təklif edir.

Beləcə üz tuturuq fermer Qalib Namazovun təsərrüfatına.

Hansı ki, burada baramanın budaqdan təmizlənməsi prosesi gedir. Fermer bu sahənin keçmişini, çətinliyini bilən şəxslərdəndir. Builki hava şəraiti digər kümdarlar kimi Namazovları da bir sıra sınaqlardan keçirib. Lakin təcrübə və işə olan məsuliyyət məhsulun məhv olmasının qarşısını alıb. Apardığımız müşahidələr, budaqlara sarınan barama məhsulundan da görünür ki, Namazovların bir ay müddətinə gecəli-gündüzlü çəkdikləri əziyyət hədər getməyib.

“Bu işin çətinliyini ancaq onun içində olanlar bilir. Lakin bu ərəfədə kənd təsərrüfatına dair Dövlət Proqramının qəbul olunması biz kümdarlarda gələcəyə ümidləri xeyli artırıb. İlk növbədə onu deyim ki, Oğuzda baramaçılığa keçmişdə böyük maraq olub və bu gün də həmin təcrübəni bilənlər az deyil. Sadəcə olaraq məhsulun qiyməti çəkilən zəhmətin qarşılığında aşağıdır. Ümid edirik ki, Dövlət Proqramı çərçivəsində baramanın qiymətinə yenidən baxılacaq. Əmin olun ki, tək bizim Oğuzda yüzlərlə insan bu sahəyə can atacaq ”,- deyən fermer onu da əlavə edib ki, rayonda bu sahənin yem bazası yetərincədir.
 

Oğuz DAİM-in bitkiçilik sektorunun baş məsləhətçisi Azər Vəliyevlə ölkə başçısının yanında təşkil edilən müşavirə barədə danışıq.


Azər müəllim bildirir ki, Prezidentin də vurğuladığı kimi bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoyub. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

“Bu mənada biz Oğuz DAİM-in əməkdaşları olaraq kənd təsərrüfatının müxtəlif sahələrində ciddi nəticələr əldə etmək üçün səylə çalışırıq. Belə ki, bütün diqqət hazırda rayonda ilk növbədə biçinə və barama tədarükünə yönləndirilib. Bütün əməkdaşlarımız fermerlərin yanındadır və onların işlərinin axarında getməsi üçün DAİM-də yaradılan qərargahla əlaqəli, koordinasiyalı şəkildə birgə işləyirik”,- deyir.

“Müşavirə kənd təsərrüfatının gələcək inkişafında yol xəritəsinin təqdimatı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının artırılmasından, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün görülən və görüləcək işlərdən, subsidiyaların verilməsindən, ölkəmizdə investisiya iqliminin möhkəmləndirilməsindən, xarici investorların bu sahəyə marağının daha da artırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsindən geniş bəhs edib.

Torpaqlardan səmərəli istifadə, su təchizatının yaxşılaşdırılması da diqqət göstərilən məsələlər sırasında olub.

Bitkiçiliyin, heyvandarlığın inkişafı, məhsuldarlığın artırılması geniş müzakirə edilib. Hər bir məsələ, təbii ki, kənd təsərrüfatının inkişafı üçün əsasdır”,- deyən Azər Vəliyev onu da əlavə edib ki, artıq bu gün ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində qeyri-neft sektorunun inkişafı danılmazdır.
 

Baş məsləhətçi qeyd edir ki, yeni Dövlət Proqramı ölkədə eləcə də Oğuz rayonunda aqrar sektorun bir çox sahələrinə eləcə də baramaçılığın inkişafına təkan verəcək. Dövlət Proqramının qəbul olunması dövlətin subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstəyini artıracaq.


Xüsusən kümçülərə dövlət dəstəyinin artırılması, baram qiymətlərinə yenidən baxılması, yaş barama istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının artırılması mümkün olacaq.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...

Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...

Sahibkarlara göstərilən dəstəyin səmərəliliyi qiymətləndiriləcək – Qərar

Sahibkarlara göstərilən dəstəyin səmərəliliyi qiymətləndiriləcək – Qərar

Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ

Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hərbçilərimiz "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində - FOTO - VİDEO

Hərbçilərimiz "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində - FOTO - VİDEO

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

Mişel Obama xoşbəxt evliliyinin əsas sirrini açdı

Mişel Obama xoşbəxt evliliyinin əsas sirrini açdı

Tanınmış futbolçu Ukrayna müharibəsində HƏLAK OLDU

Tanınmış futbolçu Ukrayna müharibəsində HƏLAK OLDU

Sabah hərbi yürüş keçiriləcək şəhərlər AÇIQLANDI

Sabah hərbi yürüş keçiriləcək şəhərlər AÇIQLANDI

Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

Sabah Bakıda 5 istiqamətdə hərbçilərin yürüşü olacaq – SİYAHI

Sabah Bakıda 5 istiqamətdə hərbçilərin yürüşü olacaq – SİYAHI

Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

Ölümündən sonra təltif olunan polkovniklər...

Ölümündən sonra təltif olunan polkovniklər...

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı - FOTO

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı - FOTO

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib – FOTO

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib – FOTO

Leyla Əliyevadan növbəti paylaşım - VİDEO

Leyla Əliyevadan növbəti paylaşım - VİDEO

Karakasda qadın uşağını dağıntılardan belə qorudu – ANBAAN VİDEO

Karakasda qadın uşağını dağıntılardan belə qorudu – ANBAAN VİDEO

Sabirabadda ağır qəza: ÖLƏN VAR

Sabirabadda ağır qəza: ÖLƏN VAR

General rütbəsi verilən zabitlər kimdir? - Foto

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Rusiya və Rumıniya arasında diplomatik böhran: Sankt-Peterburqdakı Baş Konsulluq bağlanır

Rusiya və Rumıniya arasında diplomatik böhran: Sankt-Peterburqdakı Baş Konsulluq bağlanır

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi – FOTO

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi – FOTO

Rubio: Trampla Putinin görüşündə Ukrayna ilə bağlı heç bir razılaşma əldə olunmayıb – VİDEO

Rubio: Trampla Putinin görüşündə Ukrayna ilə bağlı heç bir razılaşma əldə olunmayıb – VİDEO

Gürcüstanın Baş naziri Moldovanı tənqid etdi: "Suverenlikdən imtina edirlər"

Gürcüstanın Baş naziri Moldovanı tənqid etdi: "Suverenlikdən imtina edirlər"

Ceyhun Bayramov Kuleba ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi?

Ceyhun Bayramov Kuleba ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi?

Prezidentin təltif etdiyi general-mayor Fərid Əliyev kimdir? – DOSYE

Prezidentin təltif etdiyi general-mayor Fərid Əliyev kimdir? – DOSYE

End of content

No more pages to load

RADİO