Məktəblilər güclərini sınadılar – MRİO-da ilk gün - FOTO

Məktəblilərin Respublika İdman Olimpiadasının ilk günü üzrə yarışlar keçirilib.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar davam edir.
 

Məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və istedadlı idmançıların üzə çıxarılması məqsədi daşıyan olimpiada çərçivəsində ilk yarış günündə taekvondo, sərbəst güləş, ağırlıqqaldırma, badminton, atletika, velosiped, stolüstü tennis və basketbol üzrə yarışlar keçirilib.


Taekvondo yarışlarında 14 idman məktəbini təmsil edən 128 idmançı 19 çəki dərəcəsində mübarizə aparıb. Sərbəst güləş üzrə yarışlarda isə müxtəlif şəhər və rayonlardan 168 idmançı iştirak edib. Ağırlıqqaldırma yarışlarında 44 kq çəki dərəcəsində idmançılar mübarizə aparıb və ilk nəticələr müəyyənləşib.

Badminton yarışlarında 7 idman məktəbini təmsil edən 129 idmançı şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında mübarizə aparıb.

Atletika üzrə yarışlarda məktəblilər qaçış, estafet, uzunluğa tullanma və topatma növlərində öz bacarıqlarını nümayiş etdiriblər. Velosiped idmanı üzrə yarışlar Bakı Veloparkında dağ velosipedləri ilə 13 km məsafədə keçirilib və iştirakçılar fərdi nəticələr uğrunda mübarizə aparıblar. Stolüstü tennis üzrə yarışlar “Şüa” İdman-Sağlamlıq Mərkəzində start götürüb və iştirakçılar şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında çıxış ediblər. Basketbol yarışları isə Bakı İdman Sarayında 2013–2014-cü il təvəllüdlü məktəblilər arasında olimpiya və dairəvi sistem üzrə təşkil olunub.

Yarışların sonunda bütün idman növləri üzrə qaliblər medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar 26 iyun tarixinədək davam edəcək.
















Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropa İttifaqı Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

Avropa İttifaqı Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışdı

Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışdı

İlham Əliyev: Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir

İlham Əliyev: Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir

İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub

İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub

Ağdərədə bu peşə üzrə vakansiyalar təqdim olundu

Ağdərədə bu peşə üzrə vakansiyalar təqdim olundu

İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

Naxçıvana qayıtmaq zamanıdır: Zəngəzur dəhlizindən süni intellekt erasına uzanan körpü

Naxçıvana qayıtmaq zamanıdır: Zəngəzur dəhlizindən süni intellekt erasına uzanan körpü

Naxçıvanda memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

Naxçıvanda memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

Çempionlar Liqası: "Sabah" darmadağınla pley-off mərhələsində - FOTO/VİDEO

Çempionlar Liqası: "Sabah" darmadağınla pley-off mərhələsində - FOTO/VİDEO

İlham Əliyev Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO

İlham Əliyev Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi

“Neftçi” onu heyətinə qatdı

“Neftçi” onu heyətinə qatdı

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu - FOTO

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu - FOTO

“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO-VİDEO

“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO-VİDEO

İlham Əliyev hərbi hissələrə Döyüş bayraqlarını təqdim etdi - FOTO/VİDEO

İlham Əliyev hərbi hissələrə Döyüş bayraqlarını təqdim etdi - FOTO/VİDEO

Bakı-Quba yolunda ağır qəza: Yük maşınlarının arasında qalan şəxs öldü

Bakı-Quba yolunda ağır qəza: Yük maşınlarının arasında qalan şəxs öldü

Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi

Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi

Bakıda 2 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda 2 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“Elmlər Akademiyası”nda təhlükə - Ağac hər an aşa bilər - VİDEO

“Elmlər Akademiyası”nda təhlükə - Ağac hər an aşa bilər - VİDEO

Rusiya Gilmanın azad edilməsi müqabilində nə tələb edib? - Trampdan AÇIQLAMA

Rusiya Gilmanın azad edilməsi müqabilində nə tələb edib? - Trampdan AÇIQLAMA

“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi

“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi

Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI - VİDEO

Toya hazırlaşanlara pis xəbər: QİYMƏTLƏR QALXDI - VİDEO

Soçi meriyasından sakinlərə TÖVSİYƏ: Şəxsi avtomobillərinizlə səfərə çıxmayın

Soçi meriyasından sakinlərə TÖVSİYƏ: Şəxsi avtomobillərinizlə səfərə çıxmayın

Sakinlərin problemləri bitmək bilmir: "Natəmiz su işlədirik" - VİDEO

Sakinlərin problemləri bitmək bilmir: "Natəmiz su işlədirik" - VİDEO

End of content

No more pages to load

RADİO