Çexiyadakı hazırkı vəziyyətdə nümayişlərdə və ya sosial şəbəkələrdə Rusiyanın Ukraynadakı hərəkətlərinə dəstək ifadə etmək cinayət kimi qiymətləndirilə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Çexiyanın “CTK” agentliyi ölkənin baş prokuroru İqor Strjijə istinadən məlumat yayıb.
“Əgər kimsə ictimai məkanda, nümayişlərdə və ya internetdə Rusiyanın Ukraynaya hücumuna razılığını bildirsə, onu dəstəkləsə və ya Rusiya liderlərinə dəstək versə, o, müəyyən şərtlər daxilində cinayət törətmiş hesab olunacaq. Bu zaman qanuna əsasən, birinci pozuntuya görə bir ilədək, ikinci pozuntuya görə isə altı aydan üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur” – deyə qeyd olunub.
Bizim.Media