Ukraynanın paytaxtı Kiyevdə yeraltı dayanacaqda köməksiz qalan azərbaycanlı tələbələrin yeri dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, onlar ərzaqla və isti yerlə təmin olunub.
Həmçinin, tələbələrin Ukraynadan təxliyə edilməsi planı var. İlk fürsətdə onlar başqa bir ölkəyə aparılacaqlar.
Qeyd edək ki, daha əvvəl dayanacaqda sığınacaq tapan 9 tələbənin soyuqda ac-susuz qaldığı, köməyə ehtiyacı olduğu barədə məlumat yayılmışdı.
Bizim.Media