Donetsk Xalq Respublikasının (DXR) xalq milisinin bölmələri Donbasda Pavlovsk və Pişçevik yaşayış məntəqələrini nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə respublika xalq milisləri rəhbərinin müavini Edvard Basurin məlumat verib.
“Mariupol istiqamətində xalq milislərinin bölmələri Pavlovsk və Pişçevik yaşayış məntəqələrini, eləcə də onlara bitişik əraziləri və yolları nəzarətə götürüb” – deyə Basurin qeyd edib.
Basurin həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Qnutovo və Talakovka yaşayış məntəqələri ərazisindəki mövqelərindən geri çəkilib.
Bizim.Media