BMT-nin baş katibi Antonio Quterreş Ukraynada böhran üzrə koordinator təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat BMT-nin saytında qeyd olunub.
"Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş sudanlı Amin Avadını Ukraynada böhran üzrə koordinatoru təyin edib", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, A.Avad BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsində bir sıra rəhbər vəzifələrdə çalışıb, humanitar məsələlər, strateji fəaliyyət, planlaşdırma və inkişaf sahələrində 30 ildən artıq təcrübəyə malikdir.
Bizim.Media