Kiyevin Xarkov şəhərində Qan Mərkəzi və təhsil müəssisəsi rus hərbçilər tərəfindən atəşə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” hesabında yazıb.
"Rusiya qoşunları Xarkov vilayətinə həyasız və amansız hücumlarını davam etdirir. Təcavüzkar ölkə rəhbərliyinin bəyanatlarına baxmayaraq, düşmən yaşayış binalarını atəşə tutur. Bir saat əvvəl Xarkov şəhərinin mərkəzində Qan Mərkəzi, təhsil müəssisəsi atəşə tutulub, mülki əhali arasında itkilər var", - deyə Sinequbov qeyd edib.
Onun sözlərinə görə, hücumu başlayandan indiyədək 82 nəfər yaralanıb: onlardan 59-u mülki şəxs, 23-ü hərbçidir. Hərbi əməliyyatlar zamanı 11 nəfər həlak olub: onlardan 4-ü hərbçi və 7-si mülki şəxsdir.
Bizim.Media